Məşhur amerikalı rəssam Endi Uorholun sərgisinin banerləri Bakıda

 

İyunun 21-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssam Endi Uorholun sərgisi açılacaqdır.

 Artıq sərginin banerləri Bakı küçələrində quraşdırılmışdır.

Heydər Əliyev Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a bildirmişlər ki, dünya şöhrətli rəssamın Bakıda keçiriləcək ilk sərgisinin rəsmi açılış mərasimində Endi Uorhol Muzeyinin nümayəndələrinin, yerli xarici qonaqların iştirakı nəzərdə tutulmuşdur.

Dünyada böyük maraqla qarşılanan rəssamın Bakıda təşkil olunacaq "Həyat, ölüm gözəllik" sərgisində 100-dək əsər nümayiş etdiriləcəkdir.

Bu sərgi Heydər Əliyev Mərkəzinin dünya mədəniyyətinin Azərbaycanda tanıdılması, müxtəlif ölkələrin mədəniyyətləri arasında körpü yaratmaq fəaliyyəti çərçivəsində təşkil olunur.

Üç ayadək davam edəcək sərgidə yerli beynəlxalq ictimaiyyətin, Endi Uorhol sənətinin pərəstişkarlarının rəssamın əsərləri ilə yaxından tanışlıq imkanı olacaqdır.

Endi Uorhol (1928-1987) rəssamlıqla yanaşı, prodüser, yazıçı, kinorejissor kimi də fəaliyyət göstərmişdir. Mərhum sənətkar müasir incəsənətdə pop-art hərəkatının parlaq nümayəndələrindəndir.

 

 

Azərbaycan.-2013.- 4 iyun.- S.9.